• cümə, 19 Aprel, 03:49
  • Baku Bakı 18°C

Rob Sobhani: Azərbaycan öz prezidenti ilə fəxr etməlidir

24.12.16 23:13 1193
Rob Sobhani: Azərbaycan öz prezidenti ilə fəxr etməlidir
Azərbaycan xalqı müstəqil, güclü, inkişaf edən ölkəyə sahib olduğu üçün fəxr etməlidir. Bunu Trend-ə ABŞ-ın "Caspian Group Holdings”in baş direktoru Rob Sobhani deyib.
R.Sobhani qeyd edib: "Mən Azərbaycanda hələ ölkəniz müstəqil olmayanda - 1990-cı ildə olmuşam. Bu gün Azərbaycan xalqı müstəqil, güclü, inkişaf edən Azərbaycanla fəxr etməlidir. Bu, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasətin nəticəsidir”.
Onun sözlərinə görə, bunun parlaq nümunəsi dünyada bir çox ölkənin olmasına baxmayaraq, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampım Azərbaycan Prezidenti ilə telefon danışığı aparmasıdır:
"Bu onu göstərir ki, Azərbaycan əhəmiyyətli və vacib ölkədir və beynəlxalq arenada elə bu cür qalacaq”.
R.Sobhaninin sözlərinə görə, əgər dünyada baş verən proseslərə diqqət yetirsək, görərik ki, irimiqyaslı münaqişələr dini zəmində baş verir və insanlar din naminə bir-birini öldürür.
Onun sözlərinə görə, bu kontekstdə müsəlmanların, xristianların, yəhudilərin, bəhailərin, hinduistlərin dinc, birgə yaşadığı Azərbaycan bütün dünya üçün nümunədir:
"Prezident İlham Əliyevin, ondan əvvəl isə Heydər Əliyevin simasında ölkə rəhbərliyinin bu dini tolerantlığı dəstəkləməsi əhəmiyyətlidir. Bu kontekstdə əhalinin böyük hissəsinin müsəlman olduğu Azərbaycan unikal ölkədir. Ölkədə bu cür dini tolerantlıq Azərbaycan xalqının qürur mənbəyi olmalıdır”.
Baş direktor vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan idman infrastrukturunun yaradılmasına investisiyalar yatırıb. Bu isə nəsildən-nəsilə ötürüləcək bir irsdir.
"Sağlam bədəndə sağlam ruh olar” məsəlini xatırladan R.Sobhani deyib: "Əgər siz gənc azərbaycanlısınızsa və Prezidentin sayəsində - həmçinin əlavə etməliyəm ki, birinci xanım Mehriban Əliyevanın sayəsində voleybol, basketbol, taekvondo meydançalarına sahibsiniz, sizin fiziki cəhətdən güclü olmaq imkanınız var. Əgər siz fiziki cəhətdən güclüsünüzsə, deməli, mənəvi baxımdan da güclü olursunuz”.
Onun sözlərinə görə, Azərbaycanda müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi mühüm amildir: "Çünki istər Avropa Oyunları olsun, istərsə də İslam Həmrəyliyi Oyunları – idman insanları bir-birinə daha da yaxınlaşdırır və birləşdirir. Bu onu göstərir ki, Azərbaycan birləşdirici güc rolunu oynayan aparıcı ölkələrdən biridir”.
banner

Oxşar Xəbərlər