Roanldo “instaqram”da da milyonlar qazanır
"Yuventus”un
futbolçusu Kriştiano Ronaldo 2019-cu ildə "instaqram”da hamıdan çox
qazanıb.
Kaspi.az xəbər
verir ki, Ronaldo il ərzində "instaqram”da 49 reklama görə 44,1 milyon avro gəlir
əldə edib. Ikinci yeri "Barselona”nın futbolçusu Lionel Mesi tutub. Onun
qazancı 22,2 milyon avro olub.
3-cü pillədə isə
14,4 milyon avroluq gəlirlə model Kendall Cenner qərarlaşıb. Futbol dünyasından
Devid Bekhemlə Neymar da "onluq”da yer alıb. İngilisin gəliri 10,
braziliyalının qazancı isə 6,5 milyon avro olub.