• çərşənbə, 24 Aprel, 00:49
  • Baku Bakı 14°C

Rio-2016: Toğrul Əsgərov Olimpiadada gümüş medal qazanıb - Yenilənib

21.08.16 19:09 1658
Rio-2016:   Toğrul Əsgərov Olimpiadada gümüş medal qazanıb - Yenilənib
Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan güləşçisi Toğrul Əsgərov final görüşünü keçirib.

APA-nın məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Rusiya təmsilçisi Soslan Ramonov ilə güləşib. Bunadək bütün rəqiblərini məğlub edən Toğrul Əsgərov bu dəfə qələbə qazana bilməyib.

Beləliklə, Azərbaycan Rio Olimpiadasında daha bir gümüş medal qazanıb
x x x
Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının çempionu Toğrul Əsgərov növbəti görüşə çıxıb.

APA-nın məlumatına görə, T. Əsgərovun yarımfinalda rəqibi italiyalı Frank Markez Xamizon olub.

T. Əsgərov 7:4 hesabı ilə görüşdə qalib gəlib.
Final görüşü təxminən saat 21:15-də başlayacaq.

banner

Oxşar Xəbərlər