• şənbə, 20 Aprel, 06:02
  • Baku Bakı 14°C

Rinqə qondarma respublikanın bayrağı ilə çıxan idmançı cəzalandırıldı

07.08.20 16:00 1094
Rinqə qondarma respublikanın bayrağı ilə çıxan idmançı cəzalandırıldı
Qarışıq döyüş növləri üzrə UFC yarışında ABŞ-ın Las-Veqas şəhərində keçirilən döyüş zamanı rinqə qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə çıxan erməni idmançı Edmen Şahbazyan cərimələnib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu E.Şahbazyanın məşqçisi və meneceri Edmond Tarverdyan deyib.
O bildirib ki, daxil olan şikayətlərdən sonra UFC rəhbərliyi idmançını cərimələyib. Bundan başqa. E.Şahbazyanın rinqə çıxmasını yoxlamalı olan əməkdaş işdən çıxarılıb.
Qeyd edək ki, E.Şahbazyan həmin döyüşdə Derek Bransona məğlub olmuşdu.
Bayraq məsələsi ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi UFC rəhbərliyinə müraciət ünvanlamışdı.
banner

Oxşar Xəbərlər