• çərşənbə axşamı, 23 aprel, 20:16
  • Baku Bakı 20°C

Revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodu açılıb - Fotolar

23.06.17 13:00 1261
Revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodu açılıb - Fotolar
Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin "Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimi olub.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti, Ali Baş Komandanİlham Əliyevaçılış mərasimində iştirak edib.
Müdafiə sənayesi naziriYavər Camalovdövlət başçısına məlumat verin ki, zavodun yaradılmasında əsas məqsəd düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv etmək, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq üçün 40x46 millimetrlik revolver tipli qumbaraatanlar üçünNATOstandartlarına uyğun 4 növ - qəlpəli, kumulyativ-qəlpəli, işıqlandırıcı-paraşütlü və tüstülü qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir.
Dövlət başçısı zavodu işə salıb.
Müəssisə ilə tanışlıqdan sonra prezidentİlham ƏliyevMüdafiə Sənayesi Nazirliyinin əməkdaşları və Müdafiə Nazirliyinin bir qrup hərbçisi ilə görüşüb. Dövlət başçısı görüşdə nitq söyləyib.
Sonra müdafiə sənayesi naziriYavər Camalovvə müdafiə naziriZakir Həsənovçıxış ediblər.
Daha sonra Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi, hərbi qulluqçuların ordenlə təltif olunması barədə Azərbaycan prezidentinin sərəncamları oxunub.
Prezident, Ali Baş Komandan ali hərbi rütbələrin vəsiqələrini və 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordenini təltif olunan hərbi qulluqçulara təqdim edib. Sonda xatirə şəkli çəkdirilib.




banner

Oxşar Xəbərlər