AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Neft hasilatının azaldılması barədə razılıq əldə olundu

Neft hasilatının azaldılması barədə razılıq əldə olundu

İqtisadiyyat
09 Aprel 2020, 20:13 466
"OPEC+” üzrə neft hasilatı sutkada 10 milyon, o cümlədən Səudiyyə Ərəbistanı tərəfindən 4, Rusiya tərəfindən 2 milyon barrelədək azaldılacaq
 
Bu gün OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, görüşün müzakirə mövzusu neft bazarının sabitləşdirilməsi və qiymətdəki ucuzlaşmanın qarşısının alınması üçün mövcud tədarük həcminin azaldılması olub.
Qeyd edək ki, görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilib.
"Reuters” xəbər verir ki, görüşdə Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması barədə razılığa gəlib. Söhbət "OPEC+” üzrə neft hasilatının sutkada 10 milyon barrelədək məhdudlaşdırılmasından gedir. Bu həcmin gündəlik 4 milyon barrelinin Səudiyyə Ərəbistanı, 2 milyon barrelədək hissəsinin Rusiya tərəfindən, qalan həcmin isə digər hasilatçılar tərəfindən qarşılanması nəzərdə tutulur.
Xatırladaq ki, icrası bu il martın 31-də başa çatan "Əməkdaşlıq Bəyannaməsi”nin uzadılması istiqamətində aparılan danışıqlar Rusiya və Səudiyyə Ərəbistanının razılığa gələ bilməməsi səbəbindən baş tutmamışdı. Koronavirus və artan tədarük fonunda isə "Brent” markalı xam neftin bir barrelinin qiyməti son 20 ilin minimumuna enərək 22 dollar olmuşdu.