• şənbə, 20 Aprel, 17:40
  • Baku Bakı 23°C

Rəsul Saki: “Əhalinin sayı bu tempdə azalarsa İran 2051-ci ildə bölgənin ən qoca ölkəsi olacaq”

17.05.20 17:15 640
Rəsul Saki: “Əhalinin sayı bu tempdə azalarsa İran 2051-ci ildə bölgənin ən qoca ölkəsi olacaq”
"Əgər əhalinin sayı bu tempdə azalarsa, İran 2051-ci ildə bölgənin ən qoca ölkəsi olacaq”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın əhali üzrə çalışan fəallar birliyinin katibi Rəsul Saki deyib.
Onun sözlərinə görə, hazırda rəsmi məlumatlara görə, ölkədə orta doğum nisbəti 1.88 –dir və İran nəslin kəsilməsinin qarşısını almaq üçün orta doğum nisbətini2.1 səviyyəsinə qaldırmalıdır:
"Bunun üçün çox iş görülməlidir. Azalma davam edərsə 2051-ci ildə İran bölgənin ən qoca ölkəsi olacaq.2101-ci ildə isə ölkənin əhalisi 30 milyon nəfər artacaq. Lakin faciə burasındadır ki, həmin artan əhalinin 42 faizinin yaşı 65-dən yuxarı olacaq.”
banner

Oxşar Xəbərlər