• çərşənbə axşamı, 23 aprel, 16:56
  • Baku Bakı 24°C

Rəssamlar İttifaqında Gənclər Günü münasibətilə rəsm sərgisi açılıb

02.02.20 17:40 4765
Rəssamlar İttifaqında Gənclər Günü münasibətilə rəsm sərgisi açılıb
Fevralın 2-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda Gənclər Günü münasibətilə rəssamların əl işlərindən ibarət rəsm sərgisi açılıb.
AZƏRTACxəbər verir ki, sərgi Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.
Sərginin açılışından öncə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bu günün əhəmiyyətindən danışıb: "Gənclər Günü münasibətilə respublikamızda silsilə tədbirlər keçirilir, Gənclər və İdman Nazirliyi də gəncləri müxtəlif mükafatlarla təltif edir. Bu gün bu məkanda keçirilən sərgi bizim burada təşkil olunan ənənəvi layihəmizdir. Biz bu sərgi vasitəsilə yaradıcı gənclərə dəstək göstəririk”.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərxad Xəlilov hər il ənənəvi olaraq keçirilən sərginin önəmini vurğulayıblar. Bildiriblər ki, vaxt gələcək bu cür sərgilər işğal olunmuş torpaqlarımızda açılacaq.
Sonra qonaqlar sərgiyə baxıblar.
Qeyd edək ki, sərgidə 120 sənət əsəri nümayiş olunur. Sərginin ekspozisiyasında incəsənətin bütün janrlarında olan əsərlər yer alır.

banner

Oxşar Xəbərlər