• cümə axşamı, 28 mart, 13:26
  • Baku Bakı 16°C

Rəssamlar İttifaqı “Təsviri sənət həftəsi” keçirəcək

20.03.17 18:19 1371
Rəssamlar İttifaqı “Təsviri sənət həftəsi” keçirəcək
Azərbaycan Rəssamlar İttifaqı ənənəvi olaraq bu il də Novruz bayramı münasibətilə "Təsviri sənət həftəsi” keçirəcək.
Rəssamlar İttifaqındanAZƏRTAC-a bildirilib ki, martın 24-də saat 12.00-da V.Səmədova adına Sərgi Salonunda kütləvi informasiya vasitələrin iştirakı ilə konfrans, saat 15.00-da "Soltan Məhəmməd” mükafatına iddiaçı rəssamların əsərlərindən ibarət sərgi-müsabiqə təşkil olunacaq.
Martın 25-də saat 12.00-da İçərişəhərdə "Uşaqların ən yaxşı rəsmi” adlı müsabiqə, martın 27-də isə saat 12.00-da V.Səmədova adına Sərgi Salonunda qüsurlu uşaqların əsərlərindən hərrac–satış keçiriləcək. Satışdan əldə edilən vəsait təmənnasız olaraq uşaq evlərinə veriləcək.
Martın 28-də saat 12.00-da Bakıdakı Humanitar Kollecdə təhsil alan şagirdlərin görkəmli Azərbaycan rəssamları ilə görüşünün təşkili, həmçinin Bilgəh, Mərdəkan və Buzovna qəsəbələrindəki uşaq və qocalar evlərinə hədiyyələrin təqdim edilməsi planlaşdırılıb.
Martın 29-da saat 16.00–da C.Naxçıvanski adına Hərbi Liseydə Qarabağ döyüşlərinin iştirakçısı, müharibə veteranı, rəssam İntiqam Ağayevin fərdi sərgisi açılacaq.
"Təsviri sənət həftəsi”nə martın 30-da V.Səmədova adına Sərgi Salonunda "Bahar sərgisi” ilə yekun vurulacaq.
banner

Oxşar Xəbərlər