AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Resident Evil...

Resident Evil...

Təfsilat
28 Dekabr 2012, 16:25 1506
İnanıram ki hər kəs, kino aləmindən nə dərəcədə uzaq olmasından asılı olmayaraq, ən azı bir dəfə də olsa füsünkar Milla Yovoviçin ölümcül T-virusunu hazırlamış sirli korporasiyanı təqib edərək yüzlərlə zombilərin pərən-pərən salmasının şahidi olub.

10 ildən artıq davam edən bu təqib hələ də sona çatmayıb, lakin filmin baş qəhramanına dünya şöhrəti, yaradıcılarına isə milyonlarla kassa gəlirləri gətirmişdir.

2002-ci ildə “Resident Evil” (Şər Məskəni) kult oyununun adaptasiyası üçün ssenari yazan Pol V. S. Anderson bu ideyanın onu dünyaca məşhur edəcəyini heç ağlına belə gətirə bilməzdi.

Onu da qeyd edək ki, Pol Andersonun bu tipli kinolarin çəkilməsində artıq təcrübəsi var idi və fentezi janrının pərəstişkarları onun çəkdiyi ilk film olan “Mortal Kombat” (Ölümcül döyüş) filmini yəqin ki xatırlayırlar.

İlk hissənin buraxılışından sonra, Anderson filmin ikinci və üçüncü hissələrində ssenari müəllifi və quruluşçu rejissor qismində iştirak edib və eyni zamanda "AVP: Alien vs. Predator" (“Yad Yırtıcıya qarşı”, 2004) və "Death Race" (“Ölüm Yarışı”, 2008) kimi bir sıra uğurlu filmə rejissorluq etmişdir.

Pol Anderson karyerasının əh uğurlu layihəsinə yalnız 8 il sonra qayıdıb və filmin dördüncü və beşinci hissələrini çəkmişdir.

“Resident Evil 5: Retribution” (“Şər Məskəni 5: İntiqam”) filminin çıxışından sonra Pol V.S. Andersonun yeni filmin üzərində çalışması və hətta onun Bakıya gələcəyi haqqında məlumat üzə çıxmışdır. Buna baxmayaraq, səfərin detalları və əsas səbəbləri hələ də bəlli deyil.

Film layihəsinin çəkiliş dairəsini və paytaxtımızın gündən-günə populyarlaşmasını nəzərə alaraq inanmaq istərdik ki, zombilərlə döyüşlərin növbəti səhnələri məhz Bakı şəhərində çəkiləcək və biz bütün dünya ilə birgə sevimli prospekt və küçələrimizi böyük ekranda görəcəyik.