• cümə axşamı, 25 aprel, 15:45
  • Baku Bakı 23°C

Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

07.12.16 11:07 1346
Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək
Dekabrın 14-də Heydər Əliyev Sarayında SSRİ və Azərbaycanın xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindənAPA-ya verilən məlumata görə, yubiley tədbirində R. Behbudovun Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışılacaq, sənətkarın mahnıları səslənəcək.

Rəşid Behbudov 1915-ci il dekabr ayının 14-də Tbilisi şəhərində xanəndə Məcid Behbudalı oğlu Behbudovun ailəsində anadan olub. O,Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında böyük rol oynayıb. Azərbaycan mahnıları ilə yanaşı o, 50-dən artıq xarici mahnını da həmin xalqın dilində ifa edib.

Rəşid Behbudov 1946-cı ildə SSRİ Dövlət mükafatı laureatı, 1959-cu ildə SSRİ xalq artisti, 1978-ci ildə Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, 1980-cı ildə Sosialist Əməyi Qəhrəmanı və Lenin Ordeni kimi fəxri ad və titullara layiq görülüb. O, Azərbaycan SSR Ali Sovetinə (3-6-cı çağırış) və SSRİ Ali Sovetinə (7-9-cu çağırış) deputat seçilib.

1989-cu iliyunun 9-da görkəmli müğənni vəfat edib. O, Fəxri Xiyabanda dəfn olunub, məzarı üstündə qəbrüstü abidə ucaldılıb.
banner

Oxşar Xəbərlər