Rəşad Sadıqov millidən gedir
Azərbaycan millisinin və "Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov milli
karyerasını başa vurur.
Kaspi.az xəbər verir ki, bu barədə futbolçu özü "Futbol +” qəzetinə
açıqlamasında məlumat verib. O, oktyabrın 5-də DÇ-2018-in seçmə mərhələsi
çərçivəsində baş tutacaq Çexiya ilə ev oyununda sonuncu dəfə milli formanı
geyinəcək.
35 yaşlı müdafiəçi millidə 2001-ci il, oktyabrın 6-da, DÇ-2002-in
seçmə mərhələsi çərçivəsində baş tutmuş İsveçlə səfər qarşılaşmasında (0:3)
debüt edib. Bu günə kimi yığmada 110 oyun keçirmiş kapitan, bu göstəricidə rekordçudur.