Bu gündən etibarən
ATU-nun rektoru, professor Gəray Gəraybəylinin tələbələrlə görüşləri başlayıb.
İlk olaraq rektor universitetin I kurslarının qrup nümayəndələri ilə görüşüb.
Görüş zamanı yeni tələbə
olan gənclər özlərini maraqlandıran məsələləri qaldırıblar. Həm tədris və təhsil
sistemi, həm də tələbələri narahat edən sosial məsələlərlə bağlı bir sıra təklif
və iradlar səsləndirilib. Hər bir kəsin sualını ayrı-ayrılıqda cavablandıran
rektor Gəray Gəraybəyli bəzi məsələlərin həlli ilə bağlı dərhal göstəriş verib.
Qeyd edək ki, bugünkü
görüşdə 82 nəfər qrup nümayəndəsi iştirak edib. Müxtəlif kurslar və fakültələrin
qrup nümayəndələri ilə görüşlər davam edəcək.