• cümə, 19 Aprel, 13:20
  • Baku Bakı 25°C

Çörəkbişirmə müəssisəsində istehsal qadağan edildi

15.07.13 15:07 1458
Çörəkbişirmə müəssisəsində istehsal qadağan edildi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 3123 ünvanında fəaliyyət göstərən 29 saylı çörəkbişirmə müəssisəsində çovdar və buğda unundan çörəklərin istehsalına dövlət nəzarəti həyata keçirilib.
Dövlət Komitəsinin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat və resepturalar mövcud deyil, istehsal yerində sanitariya qaydalarına əməl olunmur, sabit keyfiyyətdə məhsul istehsalı üçün şərait yoxdur.
Müəssisədə istehsal olunan çovdar və buğda unu qarışığından hazırlanan çörəklərin təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik və uyğunluq sertifikatı mövcud deyil. Nəticədə normativ sənəd “QOST 2077-84” standartının, “Yeyinti məhsulları haqqında” qanunun 5-ci, 6-cı, 7-ci, 13-cü, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 10-cu maddələrinin tələbləri pozulub. Yoxlanılan məhsulun qablaşdırılması, saxlanması və markalanması normativ sənəd olan “QOST 2077-84” standartının tələblərinə cavab verməyib. İstehsal olunan çörəyin üzərinə reklam xarakterli “Pəhriz” yazısı qeyd olunub, çörəyin saxlanılma müddəti maksimum 36 saat olduğu halda, markalanmada 3 gün göstərilib. Müəssisədə istehsal olunan məhsulun müayinəsi üçün sınaq bölməsi (laboratoriya) yoxdur və heç bir laboratoriya ilə müqavilə bağlanmayıb. Məhsulun keyfiyyətinə nəzarət olunmadığı müəyyən olunub. İstehsalda istismar olunan 6 ədəd ölçmə vasitəsi isə “QOST 8.513-84” standartının tələbləri və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunun 11.1-ci maddəsinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunub.
Aşkar olunan nöqsanlarla əlaqədar olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 3123 ünvanında fəaliyyət göstərən 29 saylı çörəkbişirmə müəssisəsində istehsal qadağan edilib, müəssisə barədə inzibati qaydada protokol tərtib olunub.
banner

Oxşar Xəbərlər