• çərşənbə, 24 Aprel, 09:17
  • Baku Bakı 13°C

"Reina" qatili yaxalandı

17.01.17 02:02 932
"Reina" qatili yaxalandı
Yeni il gecəsi İstanbulda "Reina" gecə klubunda terror aktı törədən şəxs Esenyurdda oğluyla birlikdə tutulub. Türk polisinin məlumatına görə, qatil qırğız dostunun evində gizlənib.Təhlükəsizlik xidmətinin orqanları tərəfindən saxlanılan terrorçu Özbəkistanın sakini Əbdülkadir Maşaripov olub.Saxlanılan şəxs şəhər polisinin baş idarəsinə təhvil verilib.
Qeyd edək ki, yanvarın 1-də yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində naməlum silahlı şəxs İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb.Gecə klubunda 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb.

banner

Oxşar Xəbərlər