“Recep İvedik 6” filmi 2019-cu ildə yayımlanacaq
Türkiyənin ən çox izlənilən komediya filmlərindən olan "Recep İvedik”in yeni bölümünün çəkilişlərinə başlanılıb.
AZƏRTACTürkiyə KİV-lərə istinadla xəbər verir ki, bu haqda filmin rejissoru Şahan Gökbakar məlumat verib. Filmin 2019-cu ildə yayımlanacağı gözlənilir.
Qeyd edək ki, "Recep İvedik 5” filmi təxminən 7,5 milyon nəfər tərəfindən izlənilib.