• şənbə, 20 Aprel, 15:44
  • Baku Bakı 23°C

Rəcəb Tayyib Ərdoğan: "Qaziantepdə partlayışı 12-14 yaşlı uşaq törədib, ölənlərin sayı 51 nəfərə çatıb"

21.08.16 17:42 1246
Rəcəb Tayyib Ərdoğan: "Qaziantepdə partlayışı 12-14 yaşlı uşaq törədib, ölənlərin sayı 51 nəfərə çatıb"
Türkiyə prezidenti Rəcəb TayyibƏrdoğanQaziantep şəhərində toy mərasimində partlayışın 12-14 yaşlı canlı bomba tərəfindən törədildiyini bildirib.

APA-nın "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan deyib ki, toy mərasimində 12-14 yaşlı uşaq özünü partladıb, ya da kənardan uşağın üzərindəki partlayıcı qurğu kənardan işə salınıb.

Türkiyə prezidenti partlayış nəticəsində ölənlərin sayının 51 nəfərə çatdığını, 17-i ağır olmaqla, 69 yaralının müalicəsinin davam etdirildiyini qeyd edib. R. T. Ərdoğan hüquq-mühafizə orqanlarının ilkin versiyasının partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi olduğunu da nəzərə çatdırıb.
banner

Oxşar Xəbərlər