• cümə axşamı, 28 mart, 22:20
  • Baku Bakı 13°C

Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Donald Trampla görüşəcək

10.09.17 09:15 1003
Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Donald Trampla görüşəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
AZƏRTACAnadolu agentliyinə istinadla məlumat verir ki, telefon danışığı zamanı hər iki lider Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası çərçivəsində bir araya gələcəklərini bildirib.
Türkiyə ilə ABŞ arasındakı strateji tərəfdaşlığa diqqəti çəkən hər iki lider, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi və regiondakı sabitliyin artırılması üçün birlikdə işləməyə davam etmənin vacibliyini vurğulayıblar.
banner

Oxşar Xəbərlər