• cümə, 29 Mart, 12:55
  • Baku Bakı 14°C

Mehriban Əliyevanın təyinatı yüksək qiymətləndirilir - SORĞU

21.02.17 20:53 944
Mehriban Əliyevanın təyinatı yüksək qiymətləndirilir - SORĞU
"Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsini çox müsbət qiymətləndirirəm”.

BunuAPA-ya açıqlamasında millət vəkiliÇingiz Qənizadədeyib.

Deputat bildirib ki, qanuna əsasən, kimi birinci vitse-prezident təyin etməyi və kiminlə işləmək barədə qərar verməyi Azərbaycan prezidenti özü müəyyən edir və hüquqi baxımdan bütün dünya praktikasında belədir: "Digər tərəfdən, Mehriban Əliyeva uzun illərdir, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. Rəsmən olmasa da, prezidentin komandasının icra strukturunda əlindən gələn yardımı, köməyi əsirgəmirdi. Ölkənin ictimai-siyasi həyatında, prezidentin imicinin formalaşmasında, dövlət idarəçiliyinin operativ, real həyata keçirilməsində çox yaxından iştirak edən insanlardan biridir. Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı, eyni zamanda bizim deputat həmkarımızdır. Hesab edirəm ki, bu təyinat islahatların daha uğurlu aparılmasını, ölkədə daha operativ və çevik idarəçiliyin həyata keçirilməsini şərtləndirəcək. Hesab edirəm ki, Azərbaycan xalqı bu təyinatın uğurunu yaxın vaxtlarda hiss edəcək”.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, xalq şairiFikrət QocaAPA-ya bildirib ki, Azərbaycanın birinci vitse-prezidenti təyin edilən Mehriban Əliyeva indiyə kimi ona tapşırılan bütün işlərin öhdəsindən layiqincə, şərəflə gəlib: "Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin edilməsini müsbət qarşılayıram. Görünən kəndə bələdçi lazım deyil. Muğamın, ədəbiyyatımızın, folklorumuzun, mədəniyyətimizin dünyada təbliğ olunmasında Mehriban xanımın əvəzsiz xidmətləri var. Mehriban Əliyeva çox böyük xadimdir. Onun aid olduğu nəslin, ailənin əsli, kökü var. Nəsildən, ailədən də çox şey asılıdır. Böyüyünə, keçmişinə hörmət etməyən adam gələcəyin qədrini bilməz. Mehriban Əliyeva böyüklərə, keçmişə daim hörmətlə yanaşıb. Mehriban xanım ona tapşırılan bütün işlərin öhdəsindən şərəflə gəlməyi bacarıb. I Avropa Oyunları Mehriban xanımın təşkilatçılığı ilə çox möhtəşəm keçirildi. O, məktəbləri təmir etdirir, yeni məktəblər tikdirir. Elmə, təhsilə, məktəbə diqqət də şəxsiyyət olmağın göstəricisidir”.

"Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasını nəzərdə tutan Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı layihə prezident tərəfindən Konstitusiya Məhkəməsinə göndəriləndə mən mətbuata açıqlama vermişdim. Birinci vitse-prezident postuna kimin təyin edilə biləcəyi barədə sualı cavablandırarkən bir siyasətçi kimi ehtimallarımı bildirmişdim. Demişdim ki, bu vəzifəyə Mehriban Əliyevanın təyin olunması daha ədalətli və düzgün bir qərar olardı”.

Bunu isəAPA-ya açıqlamasında millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyib.

Q. Həsənquliyev bildirib ki, o vaxt bu açıqlama bir çoxları tərəfindən birmənalı qarşılanmayıb, bəziləri də bu açıqlamadan narazı qalıblar: "Amma mən o zaman demişdim ki, Mehriban Əliyeva Azərbaycan xalqı qarşısında xidmətləri olan tanınmış bir nəslin nümayəndəsidir. Azərbaycan xalqının böyük bir qisminin məhəbbətini qazanıb, insanların ona böyük etimadı və inamı var. Bundan əlavə, bir çox böyük tədbirlərin təşkilat komitəsinin sədri kimi özünün təşkilatçılıq qabiliyyətini və bacarığını artıq nümayiş etdirə bilib, millət vəkili kimi özünü təsdiq edib. Heydər Əliyev Fondunun prezidenti kimi həm Azərbaycan qadınını xaricdə yaxşı mənada təmsil edib. Həm Azərbaycana olan münasibəti xeyli dərəcədə yaxşı mənada dəyişib, ölkəmizə xeyli rəğbət qazandırıb, dostlar qazandırıb, həm də dünyanın tanınmış siyasətçiləri, ictimai xadimləri ilə kifayət qədər ciddi beynəlxalq əlaqələrə malikdir. Sözsüz ki, onun bu vəzifəyə təyin edilməsi hər baxımdan Azərbaycanın maraqlarına uyğundur. Mehriban Əliyeva bizim deputat həmkarımızdır, onu bu təyinat münasibəti ilə təbrik edirəm. Ümid edirəm ki, həm prezidentin, həm də xalqın etimadını doğruladacaq. Yeni vəzifəsində ona uğurlar arzulayıram”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artistiFirəngiz ƏlizadəAPA-ya açıqlamasında deyib ki, musiqi sahəsində Mehriban Əliyevanın gördüyü işlər göz qabağındadır: "Mən fəxr edirəm ki, Mehriban xanım Əliyeva bu böyük vəzifəyə təyin olunub. Musiqi sahəsində Mehriban xanımın gördüyü işlər göz qabağındadır. Biz hər zaman bir yerdə gözəl tədbirlər keçirmişik. Həmin tədbirlərdə dünyanın bir çox ölkəsindən insanlar iştirak edib. 35 ölkənin alimləri, mədəniyyət xadimləri bizim festivallara qatılıb. "Muğam aləmi” Beynəlxalq Muğam Festivalının yüksək səviyyədə keçirilməsinin şahidi olmuşuq. Bu işlərin başında Mehriban xanım dayanıb. "Muğam ensiklopediyası”nın çap olunması muğama verilən böyük qiymətdir. Məhz Mehriban Əliyevanın diqqəti və dəstəyi nəticəsində 2003-cü ildə Azərbaycanın muğam sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Eyni zamanda Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bunların hamısı Mehriban xanımın Azərbaycan musiqisinə, Azərbaycan mədəniyyətinə böyük töhfəsidir. Biz fəxr edirik və inanırıq ki, musiqiyə yenə belə böyük diqqət göstəriləcək. 1908-ci ildə "Leyli və Məcnun” yazılanda bir xanım tapılmadı ki, Leyli rolunu ifa etsin. İndi baxın, nə qədər böyük nailiyyətdir ki, bizim birinci vitse-prezidentimiz xanımdır. Biz Mehriban xanım Əliyevanı təbrik edirik, uğurlar arzu edirik”.
banner

Oxşar Xəbərlər