• şənbə, 20 Aprel, 06:23
  • Baku Bakı 14°C

“Real”lıların prezidentdən xahişi - Onu satmayın

06.06.17 11:15 1304
“Real”lıların prezidentdən xahişi - Onu satmayın
"Real”ın futbolçuları klubun prezidenti Florentino Peresə müraciət ediblər.
Kaspi.az xəbər verir ki, futbolçuların müraciəti "Real”ın qapıçısı Keylor Navasla bağlı olub. Oyunçular "kral klubu”nun prezidentindən Navasın satılmamağını xahiş ediblər. 30 yaşlı kosta-rikalı qapıçıya dəstəyini komandanın baş məşqçisi Zinəddin Zidan da bildirib.
İspaniya mətbuatında yayılan məlumatlarda bildirilir ki, Florentino Peres Navası satmaq istəyir, əvəzində isə "Mançester Yunayted”in qapıçısı David de Xeanı transfer etməyi planlaşdırır.
banner

Oxşar Xəbərlər