• cümə, 29 Mart, 11:27
  • Baku Bakı 5°C

“Real”ın prezidenti Ronaldo barədə danışdı

20.06.17 15:30 1364
“Real”ın prezidenti  Ronaldo barədə danışdı
"Real”ın prezidenti Florentino Peres Kriştiano Ronaldo barədə danışıb.
Kaspi.az xəbər verir ki, Peres Ronaldoya görə heç bir klubdan təklif almadıqlarını bildirib. O, portuqaliyalının klub üçün hamıdan vacib futbolçu olduğunu deyib:
"Bizə heç kim Ronaldo ilə bağlı təklif göndərməyib. Ronaldo klub üçün burda olanların hamısından vacibdir və burda olanların hamısından güclüdür”.
Bir müddət əvvəl Peres Ronaldonun klubdan getmək istəyinə belə münasibət bildirmişdi: "Bu haqda qəzetdən oxudum. Hələlik bu problemi həll etmək üçün bir qərara gəlməmişəm. Ronaldonun klubla müqaviləsi var və o, "Real”ın futbolçusudur. Biz onunla danışacağıq, ondan sonra görək bu işlər necə yekunlaşacaq”.
banner

Oxşar Xəbərlər