• çərşənbə, 24 Aprel, 07:27
  • Baku Bakı 13°C

“Real”ın oyununda İspaniyanın bütövlüyü dəstəkləndi

02.10.17 13:45 1326
“Real”ın oyununda İspaniyanın bütövlüyü dəstəkləndi
"Real” - "Espanyol” qarşılaşmasında (2:0) azarkeşlər aksiya keçiriblər.
Kaspi.az xəbər verir ki, "Real” azarkeşləri Kataloniyanın müstəqilliyi üçün keçirilən referenduma etiraz ediblər. Onlar İspaniyanın bütövlüyünü dəstəkləyiblər.
Azarkeşlər İspaniya bayraqlarını dalğalandırıb, "Yaşasın İspaniya!” şüarını səsləndiriblər. Oyundan əvvəl bütün azarkeşlərə vərəqələrə paylanıb. Azarkeşlər vərəqələri qarşılaşmanın 12-ci dəqiqəsində qaldırıblar.
Vərəqədə "Biz hamımız bir İspaniyayıq. Onu cibinizdə saxlayın, 12-ci dəqiqədə çıxarın və bayraqla birgə qaldırın. Ona görə ki, biz 12-ci oyunçuyuq və bir İspaniyayıq” yazılıb.
"Espanyol” Kataloniyanın yeganə peşəkar komandasıdır ki, müstəqillik referendumunu dəstəkləməyib.
banner

Oxşar Xəbərlər