• şənbə, 20 Aprel, 01:16
  • Baku Bakı 15°C

“Real”ın gücü nədədir? - Zidan açıqladı

03.05.17 13:05 1233
“Real”ın gücü nədədir? - Zidan açıqladı
"Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının yarımfinalında "Atletiko” ilə keçirilən ilk oyundan (3:0) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Zidan "Real”ın gücünün onun oyun fəlsəfəsində olduğunu deyib. O, ilk hissədə texnikalı, ikinci yarıda isə effektli futbol oynadıqlarını vurğulayıb:
"Real”ın gücü onun oyun fəlsəfəsindədir. Biz həqiqətən də baxımlı futbol oynamağa çalışırıq. Çünki səviyyəli futbolçulara sahibik. Üstəlik, səbirlə oynadıqda, istənilən rəqibə başağrısı yaratmağa qadirik.
İlk hissədə ritmi, yaradılan qol vəziyyətlərini, futbolçularımızın göstərdiyi texnikanı nəzərə alsaq, əla futbol sərgilədiyimizi deməliyəm. Amma ikinci hissədə o qədər də çox qol vəziyyəti yaratmasaq da, olduqca effektli oyun sayəsində 2 qol vurduq”.
Bu komandalar arasında cavab qarşılaşması mayın 10-da keçiriləcək.
banner

Oxşar Xəbərlər