• cümə, 29 Mart, 13:48
  • Baku Bakı 14°C

“Real”a keçirmiş, məsləhətçisi inandırıb ki...

16.06.20 11:30 686
“Real”a keçirmiş, məsləhətçisi inandırıb ki...
"Bavariya”nın hücumçusu Robert Levandovski 2014-cü ildə "Real”a keçməyə yaxın olub.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı polşalı futbolçunun sabiq məsləhətçisi Tsezar Kuxarski verib. O, Robertin Ronaldoya görə "kral klubu”na getmək istədiyini bildirib:
"Elə məqam yaranmışdı ki, Robert "Bavariya” ilə danışıqları dayandırmaq istəyirdi. O, "Real”a keçmək niyyətində idi. Çünki orda Ronaldo oynayırdı.
Mən onu inandırdım ki, klubunda bir nömrəli hücumçu olmalıdır. Levandovski "Real”a keçsəydi, bir müddətdən sonra Benzemanı ehtiyatda oturda bilərdi.
Amma ona dedim ki, ehtiyatda qalacağın komandaya getmə. Həmin vaxt o, artıq bir nömrəli hücumçu statusunda idi. Onu inandırdım ki, bu statusu qorumaq üçün "Bavariya”ya keçməlidir.
"Bavariya”nın ona "9 nömrə”ni verməsi də həlledici amil oldu. Bundan sonra mənə aydın oldu ki, Dortmund "Borussiya”sından sonra Robert üçün ən təhlükəsiz yer "Bavariya”dır”.
banner

Oxşar Xəbərlər