Real” və “Yunayted”ə getməkdənsə, Maldivə uçar
"Mançester
Siti”nin baş məşqçisi Xosep Qvardiola Mançester derbisindən əvvəl mətbuat
konfransı keçirib.
Kaspi.az xəbər
verir ki, Qvardiola heç vaxt işləməyəcəyi klubların adını çəkib. O, bunun özü
üçün bir prinsip məsələsi olduğunu bildirib:
"Siti”də işlədikdən
sonra heç vaxt "Mançester Yunayted”də çalışmaram. O cümlədən, "Real”da da.
Bu, mənim üçün
prinsipial məsələdir. Bu klublardan təklif almamaq üçün Maldivə uçardım. Ola
bilsin, Maldivə yox. Orda qolf meydançası yoxdur”.
Qvardiola
"Barselona”da 14, "Siti”də isə 7 titul qazanıb.