“Real” onu havayı buraxmağa razıdır
Deyəsən, Qaret
Beyl yayda "Real”ı tərk edəcək.
Kaspi.az xəbər
verir ki, "Real” rəhbərliyi yüksək məvacib alan uelsli futbolçudan qurtulmaq
niyyətindədir. Məlumata görə, "kral klubu” yayda Beyli havayı buraxmağa da razıdır.
Klub rəhbərliyi
tam əmin olub ki, Beyl komanda üçün yarasız futbolçuya çevrilib. Rəhbərlik
hesab edir ki, ona kifayət qədər şans verilib, amma bundan istifadə edə bilməyib.
Beylin "Real”da
illik məvacibi 17 milyon avrodur. Onun qüvvədə olan müqaviləsi 2022-ci ilin
yayında başa çatır.