“Real” onu alacaq, Mbappeni ala bilməsə
"Real” "Bavariya”nın hücumçusu Tomas Müllerə maraq göstərir.
Kaspi.az xəbər verir ki, "kral klubu” Müllerə ehtiyat variant kimi
baxır. "Real” "Monako”nun hücumçusu Kilian Mbappeni transfer edə bilməsə, onda
Mülleri almağa cəhd göstərəcək.
Hətta onun bir və ya iki illik icarəyə götürülməsi variantı da
nəzərdən keçirilir. Bir müddət əvvəl "Bavariya”nın sabiq idman direktoru
Mattias Zammer Müllleri komandanın ruhu adlandırmışdı. O, bildirmişdi ki, belə
futbolçunu qiymətləndirmək lazımdı.