“Real” ÇL-in finalında hakim səhvinə görə qalib olub?
"Yuventus”un
sabiq baş məşqçisi Marçelo Lippi Çempionlar Liqasının 1998-ci ildə keçirilən
finalı haqda danışıb.
Kaspi.az xəbər
verir ki, həmin qarşılaşmada "Yuventus” "Real”a məğlub olmuşdu – 0:1. Lippi
idda edib ki, "kral klubu” hakim səhvinə görə qalib gəlib:
"Əlbəttə,
Miyatoviç qolu oyundankənar vəziyyətdən vurub. Bu oyun artıq tarixdir, amma həmin
epizod barədə xeyli müzakirələr olub.
Bu məsələ barəsəndi
qalmaq yaratmaq üçün danışmıram, sadəcə, xatırlamaq üçün söz açıram”.
Amma Miyatoviç fərqli
düşünür. O, həmin epizodda oyundankənar vəziyyətdə olmadığını iddia edir: "Əminəm
ki, həmin epizodda oyundankənar vəziyyətdə deyildim.
İtalyan klubları
ilə tez-tez qarşılaşdığımız üçün onların reaksiyalarına alışmışdıq. Amma həmin
epizodda heç kim əlini qaldırıb oyundankənar vəziyyətin olması barədə xəbərdarlıq
da etmədi”.