“Real” imtina etdi - “Arsenal” və “İnter”in təklifindən
"Arsenal” və "İnter” Xames Rodrigeslə bağlı "Real”a rəsmi təkliflə
müraciət edib.
Kaspi.az xəbər verir ki, "kral klubu” hər iki təklifə "yox” cavabı
verib. "Real” Xames üçün 80 milyon avro tələb edir. Məlumata görə, "Arsenal” və
"İnter”in təklif etdiyi məbləğ aşağı olduğu üçün "Real” bununla razılaşmayıb.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, kolumbiyalı futbolçu
agentindən yeni klub tapmağı tələb edib. Onun "Real”ın baş məşqçisi Zinəddin
Zidanla münasibətləri gərgindir. Xames oyun təcrübəsinin az olmasından şikayət
edir.