• cümə, 29 Mart, 16:09
  • Baku Bakı 14°C

ReAl cəbhəçilərin sülh təklifinə “yox“ dedi

25.09.13 13:33 1536
ReAl cəbhəçilərin sülh təklifinə “yox“ dedi
Respublikaçı Alternativ (ReAl) hərəkatının məclis sədri Erkin Qədirli AXCP-nin mətbuat katibi Natiq Ədilovun ittihamlarına cavab verib. Milli.Az-ın məlumatına görə, E.Qədirli AXCP rəsmisi Natiq Ədilovun cavabını elə Facebook-da verib.
Qədirli birinci Ədilovun statusundan sitat gətirərək onun “İlqar Məmmədov yaxşıdır, ətrafı pis. REAL-çılar İlqar bəyin məzlum durumundan sui-istifadə edib o kişinin imicini xərcləyirlər. Mən sabah onların pozucu əməlləri barədə İlqar bəyə məktub yazmağı düşünürəm”, - kimi fikirlərini xatırladıb. Sonra isə həmin fikirlərə bəndlər üzrə cavab verib.
“İlqar Məmmədov ReAl-ı idarə etmir ki, ona şikayət məktubu yazasan. ReAl-ı İdarə Heyəti idarə edir, İlqarın da orada yalnız bir səsi var. Natiq Ədilov şikayət məktubu yazmaq istəyirsə, ReAl-ın İdarə Heyətinə yazsın. İlqar Məmmədovun vəkili və ReAl-ın İdarə Heyətinin üzvü Xalid Bağırov məktubu Kürdəxanıya çatdırıb, İlqar Məmmədovu məlumatlandıracaq. Ümid edirəm ki, İlqar Məmmədov həmin məktubu hirsli vaxtında oxumayacaq, çünki belə olan halda, cavabının Natiq Ədilovu məyus edəcəyinə əminəm”, - E.Qədirli vurğulayıb.
O qeyd edib ki, Natiq Ədilov sosial şəbəkədə onun blok-listindədir ("qara siyahı" - red.). Dostlarından xahiş edib ki, Natiq Ədilova belə bir ismarış çatdırsınlar:
“İlqar Məmmədova məktub yazanda bunları nəzərə alsın. Hərçənd, o ümumiyyətlə belə bir məktub yazmaq fikrinə düşübsə, demək, çətin belə şeyləri nəzərə almaq həvəsində olsun”.
banner

Oxşar Xəbərlər