• cümə, 29 Mart, 11:41
  • Baku Bakı 5°C

“Real” 25 milyona qapıçı alır

11.12.17 15:10 3149
“Real” 25 milyona qapıçı alır
"Real” qış transfer pəncərəsi zamanı yeni qapıçı alacaq.
Kaspi.az xəbər verir ki, "kral klubu” Bilbao "Atletik”inin qapıçısı Kepa Appisabalaqa ilə anlaşıb. "Marca”nın verdiyi məlumata görə, klub rəhbərliyi qapıçını transfer etmək üçün 25 milyon avro təklif edib.
Kepanın transfer qiyməti 20 milyon avro olub. Ancaq "Real” onu yayda yox, qışda heyətə cəlb etmək üçün 25 milyon avro ödəməyə razı olub.
Məlumata görə, transfer əməliyyatı Klublararası dünya çempionatından sonra tam başa çatdırılacaq. Kepanın "Real”la 6 illik müqavilə bağlayacağı bildirilir.
Qapıçının "Atletik”lə qüvvədə olan müqaviləsi 2018-ci ilin yayında başa çatır.
banner

Oxşar Xəbərlər