• cümə axşamı, 25 aprel, 18:59
  • Baku Bakı 21°C

Rayonların birində üçulduzlu hotelin tikintisi planlaşdırlır

14.12.16 11:02 916
Rayonların birində üçulduzlu hotelin tikintisi planlaşdırlır
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlardan Şamaxı rayonunun inkişafının prioritet sahələri üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
Trend-in Nazirliyin saytına istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəl keçirilmiş işgüzar forumun yekununda bir sıra investisiya layihələrinin maliyyələşdirilməsi, o cümlədən taxılçılıq təsərrüfatı, heyvandarlıq, arıçılıq, üzümçülük, badamçılıq və kartofçuluq təsərrüfatlarının, pendir, çörək və şirniyyat məmulatları müəssisələrinin yaradılması üzrə sahibkarlardan təkliflərin qəbul olunması məqsədəuyğun hesab edilib.
Bundan başqa, rayonda üçulduzlu mehmanxananın tikintisi üzrə investisiya layihəsinin qəbulu elan olunub.
SKMF-nin məlumatına görə, sahibkarlar fonda səlahiyyətli kredit təşkilatları vasitəsilə müraciət edə bilər.
banner

Oxşar Xəbərlər