AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rauf Əliyev: Azərbaycan Prezidenti növbəti humanist addım atdı

Rauf Əliyev: Azərbaycan Prezidenti növbəti humanist addım atdı

Cəmiyyət
07 Aprel 2020, 12:22 126
Prezident İlham Əliyev növbəti dəfə humanist addım ataraq dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar xüsusi qayğıya ehtiyacı olan yaşı 65-dən yuxarı məhkumların ailə üzvlərinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq 6 aprel 2020-ci il tarixdə "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən 176 nəfər məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzalarının çəkilməmiş hissəsindən azad edildilər.

Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu sərəncamı bir daha göstərdi ki, Azərbaycanda həyata keçirilən dövlət siyasəti daim humanizm prinsiplərinə əsaslanır: "Yaşadığımız bu çətin günlərdə cənab Prezidentin bu sərəncəmı çox sayda ailələrə sevinc bəxş etdi. Bu günə kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları nəticəsində 40 mindən çox Azərbaycan vətəndaşı əfv edilib. Bu sərəncam və koronavirus (COVİD-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirləri bir daha göstərir ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sağlamlığı və sosial-rifah halının yüksəkdə olması durur".