Ramosla ciddi qarşıdurmaları olub
"Real”ın sabiq həkimi
Xesus Olma komandanın kapitanı Serxio Ramosla münasibətləri barədə danışıb.
Kaspi.az xəbər
verir ki, Olma Ramosla yola getmədiyini etiraf edib. O, kapitanın, onun bəzi
metodlarını bəyənmədiyini deyib:
"Ramosla mənim
aramda ciddi qarşıdurma vardı. O da mənim kimidir, bir şeyi bəyənmirsə, bunu
açıq deyir. Ramos mənim bəzi metodlarımı yersiz hesab edirdi. Bunun nəyə görə
lazım olduğunu desəm də, fikrindən dönmürdü.
Amma onu da
deyim ki, hər birimizin fikri qarşılıqlı hörmətə əsaslanırdı. Buna baxmayaraq,
onun iradəsinə tabe olmurdum. Anlaşılmazlıqlarımız oldu, amma bu, bizim peşə
münasibətlərimizi peşəkar səviyyəyə qaldırdı. İndi də əlaqələrimiz var. Ramos
tanıdığım mütəxəssislərlə işləyir. Ona kömək lazım olsa, məsləhət verməyə həmişə
hazıram”.