• cümə axşamı, 25 aprel, 09:09
  • Baku Bakı 14°C

Ramiz Həsənov: “Azərbaycan brendlərinin oğurlanmasında ən böyük təhlükə Ermənistandır”

06.12.17 11:50 1739
Ramiz Həsənov: “Azərbaycan brendlərinin oğurlanmasında ən böyük təhlükə Ermənistandır”
"Azərbaycanın ərzaq məhsullarının brendləri, xüsusilə də şərab brendləri oğurlanaraq müxtəlif ölkələrin istehsalçıları tərəfindən istifadə olunur”.
APA-nın məlumatına görə, bunuStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədriRamiz Həsənov"Azərbaycanda coğrafi göstəricilər üzrə fransız təcrübəsi” mövzusunda keçirilən konfransda deyib.
Komitə sədri qeyd edib ki, Azərbaycan məhsullarının oğurlanmasında ən böyük təhlükə Ermənistandır: "Ağdamşərabı brendini başqa ölkələrdə istifadə edir, tanınmış "Ağdam” brendi adı altında müəyyən məhsullar istehsal edib bazarlarda satırlar. Azərbaycan brednlərinin oğurlanmasının qarşısını almaq üçün müəyyən tədbirlər görülür. Hələlik bununla bağlı beynəlxalq mexanizm mövcud deyil. Bunun üzərində iş gedir. Patentlər və Əmtəə nişanları Mərkəzi öz səlahiyyəti çərçivəsində bu məsələləri həll etməyə çalışır. Bu hadisələrin baş verdiyi ölkələrdə müvafiq qurumlarla əlaqə saxlanılır, müəyyən məsələlərin həllinə nail oluruq”.
banner

Oxşar Xəbərlər