• cümə, 19 Aprel, 23:42
  • Baku Bakı 24°C

Ramin Musayev: “İstərdik ki, bu rekord davam etsin”

06.04.17 13:10 695
Ramin Musayev: “İstərdik ki, bu rekord davam etsin”
"Gördüyümüz işə özümüzün qiymət verməyimiz doğru olmaz. Bunu buraxaq futbol ictimaiyyətinin ixtiyarına, onlar qiymət versinlər”. Bunu apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cı ilin ən güclü futbol liqalarının siyahısını açıqlayıb. Azərbaycan Premyer Liqası bir il əvvəlki ilə müqayisədə 5 pillə irəliləyərək, dünya sıralamasında 33-cü yerdə qərarlaşıb. Bu isə futbolumuz üçün yeni rekorddu.
Buna sevindiyini bildirən PFL rəhbərinin arzusu milli komandamızın da dünya reytinqində irəliləməsidi: "Çalışırıq ki, tutduğumuz işin öhdəsindən layiqincə gələk. Çempionatımızın dünya reytinqində rekord yeniləməsi bizim üçün sevindirici haldı. İstərdik ki, bu rekord davam etsin, nəinki çempionatımız, hətta milli komandamız da reytinqdə yüksək sıralarda qərarlaşsın. Çalışdığımız budu. Çempionatımız irəliləsin ki, millimiz də irəliləyə bilsin. Məqsədimiz Azərbaycanın adını bacardığımız qədər yüksəklərə qaldırmaqdı”.
Azərbaycan çempionatında cəmi 8 komandanın iştirakı gələcəkdə İFFHS-in sıralamasındakı mövqeyimizə də mənfi təsir göstərə bilər. Ancaq Ramin Musayev buna imkan verməməyə çalışacaqlarını söyləyib: "Yəqin ki, gələn mövsüm çempionatdakı komandaların sayı artar. Əgər artmasa belə, çalışacağıq ki, Premyer Liqamız heç olmasa, 33-cü pillədən aşağı düşməsin”.
banner

Oxşar Xəbərlər