• şənbə, 20 Aprel, 00:29
  • Baku Bakı 15°C

Ramil Usubov Şəkidə vətəndaşları qəbul edib

27.08.16 17:26 1132
Ramil Usubov Şəkidə vətəndaşları qəbul edib
Daxili işlər naziri, general-polkovnikRamil Usubovavqustun 26-da və 27-də Şəki Şəhər-Rayon Polis Şöbəsində Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ sakinlərini qəbul edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, görüşdə polis orqanlarının fəaliyyəti, sakinlərin problemləri ilə maraqlanan nazir problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Müraciətlərin böyük əksəriyyəti elə yerində öz həllini tapıb.

Polisin fəaliyyətinə aid olmayan ərizələrin aidiyyəti üzrə digər dövlət orqanlarına göndəriləcəyi nəzərə çatdırılıb.
banner

Oxşar Xəbərlər