• cümə, 19 Aprel, 04:06
  • Baku Bakı 18°C

Ramil Osmanlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri seçilib

15.11.16 15:41 2104
Ramil Osmanlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri seçilib
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) növbəti hesabat-seçki konfransı keçirilib.
Tədbir Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarətlə başlayıb, daha sonra konfrans iştirakçıları Şəhidlər Xiyabanını ziyarət ediblər.
Konfrans "Park İnn" otelində işini davam etdirib. AQC İdarə Heyətinin sədrinin və MNTK sədrinin hesabatı dinlənilib. Qurumun sədri İradə Şükürova hesabat dövründə görülən işlər barədə məlumat verib.
AQC-nin fəxri sədri, Milli Məclisin üzvü, professor Xanhüseyn Kazımlı çıxış edərək işğal olunan ərazilərdə itki və tələfatların qiymətləndirilməsində cəmiyyətin üzərinə düşən öhdəliklərdən danışıb.Millət vəkili Avrasiya Qiymətləndiricilər İttifaqında cəmiyyətin həyata keçirdiyi rolundan bəhs edərək bildirib ki, bütün qiymətləndiricilər bu sahədə aktiv olmalıdırlar. X.Kazımlı qiymətləndiriciləri AQC-nin fəaliyyətində daha yaxından iştirak etməyə və qanunvericilikdə yeni dəyişikliklərə nail olmaq üçün səy göstərməyə çağırıb.
Digər çıxışlar dinlənildikdən sonra 19 nəfərdən ibarət yeni İdarə Heyətinə və MNTK-ya seçkilər keçirilib. Sonra Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı və "Koneko Group" LTD-nin direktoru Vüqar Orucun sədrliyə namizədliyi irəli sürülüb.
Əmlak məsələləri üzrə tanınmış ekspert Ramil Osmanlı səs çoxluğu ilə AQC-nin növbəti 3 il üçün İdarə Heyətinin sədri seçilib.
Tanınmış əmlak eksperti "MBA Qrup" MMC şirkətinin rəhbəri Nüsrət İbrahimov və qurumun İdarə Heyətinin əvvəlki sədri İradə Şükürova sədr müavinləri seçiliblər.
banner

Oxşar Xəbərlər