AZE | RUS | ENG |


Rafael Dadaşov reanimasiyaya yerləşdirilib

Rafael Dadaşov reanimasiyaya yerləşdirilib
"Dünən səhhətim bir-birdən pisləşdi, halsızlaşdım. Hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində müalicə alıram”.
 
Bunu APA-ya açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, xalq artisti Rafael Dadaşov deyib.
 
Xalq artisti bildirib ki, şəkər və yüksək təzyiqdən əziyyət çəkir: "Məni əsas incidən təzyiqdir. Şəkər də bəzən əziyyət verir. Görünür, yaş da özünü göstərir. Görürsünüz, səsim yaxşı gəlir, sizinlə xoş əhvalla danışıram, amma reanimasiyaya yerləşdiriblər. Heç kim narahat olmasın. Sadəcə, müalicə intensiv aparılsın deyə, palataya yox, reanimasiyaya yerləşdirdilər. Həkim nəzarətindəyəm, ümid edirəm tezliklə sağalıb xəstəxanada çıxacağam”, - deyə, o, bildirib. 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6733
GBP 1 İngilis funt sterlinqi 2.3777
TRY 1 Türk lirəsi 0.4493
KWD 1 Küveyt dinarı 5.6577
SEK 1 İsveç kronu 0.2118
EUR 1 Avro 2.0842
CHF 1 İsveçrə frankı 1.7673
USD 1 ABŞ dolları 1.7001