• cümə, 19 Aprel, 22:22
  • Baku Bakı 24°C

Radikal müxalifətin arqumenti olmadığı üçün məişət hadisələrini siyasiləşdirir

11.01.20 12:45 486
Radikal müxalifətin arqumenti olmadığı üçün məişət hadisələrini siyasiləşdirir
Radikal müxalifət parlament seçkilərinə qatılmamaq qərarı ilə öz gücsüzlüyünü göstərdi, elektoratının, sosial bazasının olmadığını ortaya qoydu. Avropanın nüfuzlu təşkilatları 9 fevralda təşkil olunacaq növbədənkənar parlament seçkilərini izləmək üçün nümayəndələrini Azərbaycana göndərəcək. Bu da radikal düşərgəni hiddətləndirib.
Bunu Trend-ə deputat Sona Əliyeva deyib.
Onun sözlərinə görə, radikal müxalifət ətrafındakı 3-5 adama da izah etməyə çalışır ki, guya parlament seçkilərində iştirak etməməklə doğru addım atıb: "Çünki çox pis bir vəziyyətə düşüblər. Tutarlı arqumentləri olmadığı üçün ölkədə baş verən məişət zəminli hadisələri, qətlləri belə şouya çevirməklə çox çirkin oyun oynayırlar. Başqa sözlə desək, sosial-məişət zəminində baş verən hadisələrə siyasi don geyindirməyə çalışırlar. Bu, onların növbəti nankorluğu və siyasi uğursuzluqlarının daha bir göstəricisidir”.
Deputat bildirib ki, radikal müxalifət həmişə olduğu kimi, bu dəfə də Azərbaycan xalqının gözü qarşısında biabır olacaq: "Onlar rəzil duruma düşəcəklər. Çünki bütün dünya seçkilərin ədalətli keçirildiyini görəcək. Artıq 20-yə yaxın siyasi partiya, yüzlərlə bitərəf şəxs parlament seçkilərinə namizədliyini irəli sürüb. Bu günə qədər onların böyük əksəriyyətinin namizədliyi dairə seçki komissiyaları (DSK) tərəfindən qeydə alınıb və bu proses davam edir. Bir daha deyirəm ki, radikal müxalifətin quyruğu qapı arasında qalanda, öz əqidədaşları tərəfindən tənqidlərə tuş gələndə bu cür çirkin oyunlara əl atırlar”.
banner

Oxşar Xəbərlər