• cümə axşamı, 25 aprel, 05:39
  • Baku Bakı 19°C

Rabitə mövzusunda müsabiqə və yarışların qalibləri mükafatlandırılıb

16.12.16 18:51 974
Rabitə mövzusunda müsabiqə və yarışların qalibləri mükafatlandırılıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar keçirilən müsabiqə və yarışların qaliblərinin təltifetmə mərasimi təşkil olunub.
Tədbiri açıq elan edən rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı – Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə səmərəli fəaliyyətinə görə bir qrup rabitəçiyə fəxri adların verilməsinin ölkə başçısının bu sahəyə diqqət və qayğısının göstəricisi olduğunu qeyd edib. O, fəxri adlarla təltif olunanları, keçirilən müsabiqə və yarışların qaliblərini təbrik edib, hər birinə işlərində müvəffəqiyyətlər arzu edib.
Təltifetmə mərasimində ilk olaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə fəxri dövlət mükafatlarına layiq görülən bir qrup rabitəçi mükafatlandırılıb. Daha sonra, 24 sentyabr - 01 noyabr tarixləri arasında Bakı şəhərində keçirilmiş Rabitəçilərin ənənəvi "Sağlamlıq – 2016” Respublika Spartakiadasının qaliblərinə mükafatları təqdim edilib. I, II və III yerləri tutan komandalar fəxri fərman və kubokla, həmin komandaların üzvləri, habelə ayrı-ayrı idman növləri üzrə fərdi yarışlarda ilk üç yeri tutan idmançılar isə fəxri fərman və pul mükafatları ilə təltif olunublar. Qeyd edək ki, 9 idman növü üzrə keçirilən yarışlarda 1200-ə yaxın rabitəçi iştirak edib.
Bundan başqa, tədbir çərçivəsində "İKT üzrə ən yaxşı kitab”, "İKT üzrə ən yaxşı elmi məqalə”nin müəyyənləşdirilməsi üçün keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.
"Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi - informasiya cəmiyyətinə keçid” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirilən yazı müsabiqəsinin qalibləri də tədbir çərçivəsində mükafatlandırılıb. "Maraqlı müəllif yazısı” nominasiyası üzrə 6 nəfər diplom və pul mükafatı ilə təltif olunub. Qeyd edək ki, müsabiqənin qalibləri arasında qəzetimizin əməkdaşı Aygün Asimqızı da var. Qaliblər diplom və pul mükafatı ilə təltif olunublar.
Sonda qaliblərlə xatirə fotosu çəkdirilib.


banner

Oxşar Xəbərlər