• cümə, 19 Aprel, 12:50
  • Baku Bakı 25°C

Qvardiolizm bütöv bir nəsli məhv edib

10.11.17 14:30 1260
Qvardiolizm bütöv bir nəsli məhv edib
İtaliya yığmasının və "Yuventus”un müdafiəçisi Corco Kellini "Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanı ittiham edib.
Kaspi.az xəbər verir ki, Kellini Pepi müdafiəçilərin tənəzzül etməsinə görə məsuliyyət daşıdığını bildirib. O, Qvardiolanın bir nəsil müdafiəçiləri öldürdüyünü vurğulayıb:
"Mənə elə gəlir ki, qvardiolizm müdafiəçilərinin bütöv bir nəsli məhv edib. Onlar yalnız hücumu necə təşkil etmək, boş sahə tapmaq haqda düşünürlər. Amma rəqibi necə saxlamaq barədə fikirləşmirlər.
İtaliyanın ənənəvi müdafiə sistemi böyük müdafiəçilər yetişdirdi. İndi isə bizə güclü hücumçular lazımdır ki, zirvəyə qayıdaq. Amma təbii ki, əsl müdafiəçilərin də olması mütləqdir”.
banner

Oxşar Xəbərlər