• şənbə, 20 Aprel, 14:35
  • Baku Bakı 23°C

Qvardiola İngiltərədə nəyi sübut edib?

11.12.17 13:10 2571
Qvardiola İngiltərədə nəyi sübut edib?
"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 16-cı turunda "Mançester Yunayted”lə keçirilən oyundan (2:1) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Qvardiola İngiltərədə "Barselona” kimi futbol oynamağın mümkün olduğunu sübut etdiklərini deyib. O, özünəinamın yüksək olduğuna görə qalib gəldiklərini vurğulayıb:
"Biz İngiltərədə də belə futbol oynamağın mümkün olduğunu göstərdik. İnsanlar deyirdilər ki, Premyer Liqada "Barselona” kimi futbol oynamaq mümkün deyil. Ancaq biz sübut etdik ki, bu, mümkündür.
Mən hələ ötən mövsüm bilirdim ki, belə oynaya bilərik. Həmişə fikirləşirdim ki, bunu bacaracağıq. Hər kəs istədiyi kimi oynaya bilər. Futbol elə buna görə gözəldir.
"Stemford Bric”də, "Old Trafford”da belə futbol oynayıb, qalib gəlmək xoşbəxtlikdi. Bu qələbə göstərdi ki, bizdə özünəinam hissi yüksəkdir”.
Ancaq onu da bilirik ki, qarşıda böyük çətinliklərlə üzləşəcəyik. Dekabrda çempion olmaq mümkün deyil. Amma hələ ki, hər şey qaydasında gedir”.
banner

Oxşar Xəbərlər