• cümə axşamı, 28 mart, 19:11
  • Baku Bakı 13°C

Qusarda buzadırmanma üzrə ölkə çempionatı keçirilib

05.02.17 19:48 1170
Qusarda buzadırmanma üzrə ölkə çempionatı keçirilib
Qusar rayonunun Ləzə kəndində yerləşən donmuş şəlalələrdə Buzadırmanma üzrə Açıq Ölkə Çempionatı keçirilib.
"Report"un Şimal bürosunun məlumatına görə, yarış Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosasiyasının (ADEİNFA) Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı və Azərbaycan RespublikasıGənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Çempionatda 26 komanda üzrə 80 nəfər qüvvəsini sınayıb. Qaliblər 2 gün davam edən yarışdan sonra məlum olacaq.
Belə yarışların ölkəmizdə təşkili buzadırmanma idman növünün inkişafına, idmançılarımızın bu idman növü üzrə texnikasını təkmilləşdirməyə, eyni zamanda beynəlxalq idman dırmanması və buzadırmanma təşkilatları ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası əlaqələrinin daha da genişlənməsinə şərait yaradır.
Qeyd edək ki, son dövrlərdə ölkəmizdə bu kimi milli və beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi artıq ənənəyə çevrilib.
banner

Oxşar Xəbərlər