• cümə, 29 Mart, 13:44
  • Baku Bakı 14°C

Qurban Yetirmişli: "Türkiyədəki zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur”

21.07.17 12:20 658
Qurban Yetirmişli: "Türkiyədəki zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur”
"Türkiyədə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur, ola da bilməz”.
BunuAPA-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, məsafə çox olduğuna görə,zəlzələAzərbaycan ərazisinə təsir etməyib: "Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10 kilometr məsafədə yerləşib.Zəlzələqeydə alınan yer tamam başqa regiondur. Orada gedən tektonik proseslərin, dərinlik qırılmalarının Azərbaycanla ümumiyyətlə, bağlılığı yoxdur. Əhalinin təşvişə düşməsinə heç bir əsas yoxdur”.
Q. Yetirmişli əlavə edib ki, Azərbaycan ərazisində tektonik proseslərlə bağlı narahatlıq mövcud deyil: "Zəif təkanlar hiss olunsa da, qorxulu heç nə yoxdur. Dünən Saatlıdazəlzələolub, amma yüngül təkandır, təhlükəli tərəfi yoxdur”.
Qeyd edək ki, Egey dənizi sahillərində baş verənzəlzələnəticəsində 70-dək Türkiyə, 100-dən artıq Yunanıstan vətəndaşı xəsarət alıb.
banner

Oxşar Xəbərlər