• cümə axşamı, 28 mart, 13:44
  • Baku Bakı 16°C

Qurban Qurbanov: Bu görüş əvvəlkilərdən vacibdi

07.12.16 20:07 1335
Qurban Qurbanov: Bu görüş əvvəlkilərdən vacibdi
"Qrupda son oyunumuzdu. Hər bir oyun nə qədər vacibdisə, digəri ondan da lazımlıdı. Sabahkı görüş də əvvəlkilərdən vacibdi”. Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində son matçını sabah "Fiorentina”ya qarşı keçirəcək.

Qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında Qurbanov işlərinin çətin olacağını bildirib: "Rəqibimiz İtaliya komandasıdı. Onlara qarşı oynamaq həmişə çətin olub. Amma doğma meydanımızda çıxış edəcəyik. Üçüncü dəfədi qrupdan çıxmağa çalışırıq. Bu dəfə əvvəlki matçlardan daha diqqətli olmalıyıq. Futbolçularınhəmişəkindən daha diqqətli olmaları vacibdi. Onların üzərinə böyük məsuliyyət düşəcək”.

- "Böyük beşlik” ölkələrinin komandalarına qarşı Bakıda daha yaxşı oynayırsınız. Sabah nə gözləyək?

- Belə oyunlarda rəqib mane olur. "Fiorentina” digərlərindən də təhlükəlidi. Daim fərqli hücumlar, yerdəyişmələr edirlər. Yeni məşqçi gələndən sonra fərqli oynayırlar. Düşünə bilərik ki, İtaliya komandaları topla oynamağı sevmirlər. Amma "Fiorentina” digərlərindən fərqlənir.

- Rəşad Sadıqov sabah meydanda olacaqmı?

- Oynamaq ehtimalı var. İndi elə vəziyyət yaranıb ki, qərarı özü verəcək. PAOK-la görüşdə mən israr etmişdim. Amma indi diz zədəsidi. Həkimlər ehtiyatlanırlar. Mən istərdim meydanda olsun. Amma özü tam əmin olsa, oynamasına şad olaram.

- Bu oyun psixoloji baxımdan komandaya necə təsir edə bilər?

- Futbol digər idman növlərindən fərqlənir. Burda ilboyu yarış davam edir və bir il hərtərəfli hazır olmalısan. Təbii ki, psixoloji amil təsir edə bilər. Bunun hamısı məsuliyyətdən irəli gəlir. İstəyirik azarkeşləri üzməyək, onlara qələbə bəxş edək. Məğlub olmaqdan qorxmamışam, amma azarkeşləri üzməkdən narahat olmamışam.

- İki il əvvəl "İnter”lə matçda hakimin səhvi sizin mərhələ adlamağınıza mane oldu. Bunu unuda bilmisiniz?

- Həmin vaxt "İnter” liderliyi təmin etmişdi. Amma "Fiorentina” tam məsuliyyətlə gəlib, qrupu lider kimi bitirmək istəyir. "İnter”lə görüşü unutmuşuq.

- Rəqib "Fiorentina” barədə nə deyə bilərsiniz?

- Son vaxtlar elə də uğurlu olmasalar da, axırıncı matçda qalib gəliblər. Hazırkı baş məşqçi öz sisteminə görə futbolçu yığır. "İnter”ə böyük hesabla uduzsalar da, oyun fərqli keçdi. Azlıqda qalarkən 2 qol vurmaları onların gücündən xəbər verir. Son vaxtlar daha yaxşı oynayırlar. Oyun sayları çoxdu, əllərində potensiallı futbolçular var. Bizdə isə Maksim və Miçelin yoxluğu problem yarada bilər. "Fiorentina” sistemi ən doğru yerinə yetirdiyi vaxtdadı.
banner

Oxşar Xəbərlər