• cümə axşamı, 25 aprel, 09:52
  • Baku Bakı 14°C

Qubada "Qazel" aşdı: 11 yaralı

06.06.17 17:26 2010
Qubada "Qazel" aşdı: 11 yaralı
Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, hadisə rayonun Dəlləkli kəndi ərazisində qeydə alınıb.

İçərisində 11 nəfərin olduğu "Qazel” markalı avtomaşın aşıb. Qəza nəticəsində bağlardan meyvə yığmağa gedən 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 7-si ilkin tibbi yardımdan sonra evə buraxılıb, 4 nəfərin müalicəsi Quba Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.

Fakt araşdırılır.
banner

Oxşar Xəbərlər