Qubada

Qubada "Azərişıq"ın qəzaya uğrayan maşınında ölən və yarlananların ADLARI

Təfsilat
18 Sentyabr 2019, 14:52 85
Quba rayonunda "Azərişıq" ASC-yə məxsus avtomobilin qəzaya uğraması nəticəsində ölən və yaralananların şəxsiyyəti məlum olub.
Trend-in məlumatına görə, hadisə nəticəsində "Azərişıq" ASC-nin əməkdaşları Zahid Qurbanov və Namiq Rüstəmov hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan digər əməkdaşlar - Sumqayıt şəhər sakinləri, 1992-ci il təvəllüdlü Abdullayev Saleh Abuzər oğlu və 1984-cü il təvəllüdlü Rəsulov İlkin Mahir oğlu ağır bədən xəsarətləri ilə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan Trend-ə verilən məlumata görə, S.Abdullayevə sol bazu və sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alan İ.Rəsulova isə qapalı kəllə-beyin travması, hər iki budun orta üçdə birinin və sol baldırın sınığı diaqnozu qoyulub, yaralı komatoz vəziyyətdədir.
Xatırladaq ki, bu gün Quba rayonu ərazisində "Azərişıq" ASC-yə məxsus avtomobil idarəetməni itirərək dərəyə aşıb.