• şənbə, 20 Aprel, 02:47
  • Baku Bakı 15°C

Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub

19.10.16 15:23 971
Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub
Bu gün Quba-Xınalıq yolunda qar və qaya uçqunu olub.APA-nın şimal bürosunun verdiyi məlumata görə, yolun 35-ci kilometrliyinə qaya parçası düşüb. "Azəravtoyol” ASC-nin 6 saylı idarəsinin canlı qüvvəsi və texnikasının köməkliyi ilə qaya parçası yoldan götürülüb. Yolun 36-37-ci km-də isə qar uçqunu qeydə alınıb. Yol qardan təmizlənib və avtomobillərin hərəkəti tam təmin olunub.
Qeyd edək ki, ötən gün yolun 23-cü kilometrliyinə qaya parçası düşmüşdü. Yol müvəqqəti bağlanmışdı.

banner

Oxşar Xəbərlər