• cümə, 26 Aprel, 03:18
  • Baku Bakı 16°C

Qoyulmuş qaydalara əməl edilməməsi bugünkü vəziyyətin yaranmasına səbəb olub

05.06.20 13:55 504
Qoyulmuş qaydalara əməl edilməməsi bugünkü vəziyyətin yaranmasına səbəb olub
Bəzi vətəndaşların məsuliyyətsizliyi, qoyulmuş qaydalara əməl etməməsi bugünkü vəziyyətin yaranmasına səbəb olub.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində ölkədə həftə sonu üçün qadağaların tətbiqi ilə bağlı qəraraına münasibət bildirərkən, millət vəkili Tamam Cəfərova deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan COVID-19 pandemiyası ilə uğurlu mübarizə aparan ölkələrdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülüb və görülməkdədir. Xəstəliklə mübarizənin gücləndirilməsi məqsədilə xüsusi karantin rejimi tədbiq edildi və mərhələli şəkildə sərtləşdirildi. Atılmış bütün addımların əsas məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır. Prezident İlham Əliyev bu virusun ölkəmizə verə biləcəyi zərəri minimumam endirmək üçün ciddi siyasi iradə ortaya qoydu və effektiv tənzimləmə mexanizminin forlaşdırılması üçün müvafiq gğstərişlər vermişdir. Yəni dövlət əlindən gələni etdi.
Karantin dövrü ərzində vətəndaşlara olan bütün müraciətlərdə mütləq olaraq sanitariya-epidemioloji və gigiyenik qaydalara riayət edilməsi əsas tələb kimi qoyulmuşdur. Əhalimizin böyük hissəsi görülmüş işləri yüksək qiymətləndirərək həmrəylik göstərdi və ilkin olaraq həmin tövsiyələrə və tələblərə riayət edirdi. Vətəndaşlarımızın əksəriyyəti cənab Prezidentin "Biz birlikdə güclüyük!”çağrışına uyğun olaraq həmrəylik göstərdilər.Və nəticədə biz müsbət statistikaını müşahidə etdik.
Amma çox təəssüf ki, aprelin 27-dən həyata keçirilməyə başlayan karatin rejiminin yumşaldılması insanların birçoxunda arxayınçılıq hissi yaratdı yaratdı və onların qaydalara əməl etməməsi, məsuliyyətsizliyi üzündən virusa yoluxanların sayı artmağa başladı. Dünən virusa yoluxanların sayı 300-ü keçdi və son həftədə bu rəqəm 1000 nəfərə çatdı. Bu templə gedərsə, virus qarşısı alınmaz həddə çatacaq. Bu baxımdan əlavə tədbirlərin görülməsinə çox böyük ehtiyaclar var idi.
Yaranmış şərait səbəbi və tibbi qərargahın müraciəti ilə Operativ Qərargah bu gün qərar qəbul edib. Qərara əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir. Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə o bölgələrdə də təkrarən tətbiq olunacaqdır.
Millət vəkili bildirib ki, ölkəmizdə bu qərarın verilməsi çox doğru addımdır:” Operativ Qərargahın bu qərarını dəstəkləyirəm, bir çox ölkələrnin istifadə etdiyi şənbə və bazar günləri ilə bağlı təyin olunmuş qadağalar Azərbaycanda da öz öz müsbət nəticəsini verəcəyinə ümid edirəm. Qərargahın gördüyü bütün işlər, virusun yayılmasının qarşısını almaqdan ibarətdir. Bu məsələ təkcə Azərbaycanın ptoblemi deyil, demək olar ki, bütün dünya bu bəladan əziyət çəkir. Çünki bu virusun dəqiq əlacı bilinmir və ancaq tələb olunan qaydalara,göstərişlərə riayət edərək, virusa qalib gələ bilərik”
Deputat vətəndaşları Operativ Qərargahın qayda və tövsiyələrinə əməl etməyə çağırdı:
Əziz həmvətənlərim, əziz seçicilərim!
Karatin rejiminin yumşaldılması virusun yox olması anlamına gəlmir. Bz arxayınlaşmamalıyıq və nəzərə almalıyıq ki, biz virusla bərabər yaşayırıq və buna öyrəşməliyik.
Xahiş edirəm ki, sosial davranış qaydalarına, şəxsi gigiyena və tibbi-profilaktik qaydalara əməl edin. Bununla da siz həm özünüzün, həm ailənizin sağlamlığını qoruyacaq, həm də dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərmiş olacaqsınız.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır. Sizi ölkəmiz üçün belə çətin günlərdə maksimum məsuliyyətli olmağa və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməyə dəvət edirəm.
Ümumiyyətlə, bu virusla hər iki tərəf, yəni dövlət və cəmiyyət birlikdə mübarizə aparmalıdır. Dövlətimiz üzərinə düşən vəzifəni qətiyyətlə yerinə yetirir, vətəndaşlar da üzərlərinə düşən öhdəlikləri yerinə yetirməli, öz məsuliyyətlərini dərk etməlidirlər.
Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyır.
AR "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanuna əsasən, maska taxılması tələb olunan yerlərdə qaydalara tabe olmayanlar cəzalanacaqlar.
Maska taxılması ilə bağlı tələbləri pozan fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir. Bir il ərzində bu tələblər təkrar pozularsa, fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir".
banner

Oxşar Xəbərlər